Kevin və ya seksual fərqliliyin cinsi yetişkənlik kabusları
❝Pubertal nightmares of a teen facing the discovery of his sexual difference❞
This text is the translation into Azeri of a clinical article entitled "Kevin ou les cauchemars pubertaires de la différence sexuelle (Kevin or the pubertal nightmares of the sexual difference)" published in the journal "Psychiatrie Française", "Qu'est-ce que penser?", Vol. XXXXVII, 2/16, February 2017.
Therapy should be personal. Therapists listed on TherapyRoute are qualified, independent, and free to answer to you – no scripts, algorithms, or company policies.
Find Your Therapist
The author warmly thanks Kamil Piriyev, former translator at the French Embassy in Baku, for his talented work.
« Cinsi yetişkənlik bütün sinir sisteminə hücum edir, ehtirası daha da artırır və müqaviməti azaldır ». (Yozef Breyer), Ziqmund Freyd, Əsərlərinin tam külliyatı, II, 1893-1895, PUF, 2015, səh. 270.
13 yaşlı Kevinin ardı-arası kəsilməyən gecə vahimələri anasını qəbula yazılmağa məcbur edir. « Bu yaşında hələ də gecələr qorxulu yuxulargörməsi, nəsə düz deyil», anası deyir, Amma anası eşitdirir ki, onu konsultasiyaya yazılmağa öz anası «inandırıb». Bu detal çox vacib olacaq.
Bu birinci görüş zamanı, valideynlərə yetkinlik yaşına çatmamış bir uşaqla bağlı əsas qayda izah edilir: bu analiz sessiyası və bütün digər sessiyalar o şərtlə davam etdiriləcək ki, Kevin özü davam etmək barədə qərar versin. Bu iş zamanı psixoanalist tərəfindən digər şəxslərə heç nə deyilməyəcək, yalnız Kevin özü istədiyi barədə öz xoşu ilə digərlərinə nəsə deyə bilər. Kevin özü bu şərti böyük diqqətlə qeyd edir. Bu daha öncə, valideynlərlə terapevtik alyans qayğılarından psixoloqlarla aparılan iki müalicə cəhdinin uğursuzluğunun səbəblərini izah edəcək 1 .
13 yaşında, Kevin hələ də cinsi yetişkənlik dövrünə «girməyib». Bəlkə də bu gənc oğlan bu dövrə «girməyə» müqavimət göstərir desək daha doğru olardı. O narahatlıqlarını və onların nəticələrini incəliklə təsvir edir: obsessiv ritual hər axşam Kevini evinin bütün qapı və pəncərələrini yoxlamağa məcbur edir və beləcə o, giriş-çıxışları bağlı olan otaqda yatmaqdan imtina edir 2 .
Sandor Ferenzi öz zamanında bunu saysız « xarici qaydalar » şəklində təsvir etmişdi 3 . Bu yoxlamaların sistematik olmasına baxmayaraq, gecənin ortasında o, «vahimələr bürümüş» şəkildə oyanır. Vacib bir məqam: bu gecə yarısı oyanmalar zamanı, anlaşılmayan bir sidiyə getmə ehtiyacı gənc oğlanı tualetə qaçmağa məcbur edir. Qaranlıqda hərəkət etmək onu çox qorxudur. Qəribə də olsa bu sidik ehtiyacı sidiyə getmə ilə davam etmir: «demək olar ki, heç nə». Daha bir qeyd edilməli cəhət isə budur: elə görünür ki, Kevin öncədən bir fikri idarə edə bilir, onun qorxuları yarananda, o özünü «məntiqi» şəkildə ona heç nə olmayacağına inandıra bilir və «gedib yenidən yata bilər ». Biz «xarici aləm stimullarının daxili stimullardan fərqi 4 » adlanan reallıq testinə oxşar məsələyə qayıtmalıyıq. Bu birinci söhbətdən sonra, psixoanalitik ananın müalicənin mümkünlüyü barədə proqnoz 5 vermək istəklərini cavabsız qoyandan sonra, Kevin növbəti həftə seansa gəlmək barədə qərar verir.
Üz-üzə seanslar zamanı Kevin oturduğu stulda dayanmadan qurcalanır. Gecikən və ya kəskin hiperkineziya yoxdur, amma ləng hərəkətlər var, elə bil ki, bədən intensiv daxili düşüncələrdən dolub daşır.Sanki pozğunluq deyil, impulsiv bir drenaj baş verir
6
. Özünə rahatlıq və güvən tapandan sonra, Kevin ağlamsınaraq «özünü ortabab biri» hesab etdiyini deyir və ağrılı şəkildə «həyatında böyük şeylər etmək» istəyini dilinə gətirir. «Fərqli» olduğu hissini söyləmək onu çox düşündürür. Həmyaşıdları olan digər oğlanlarla müqayisədə, o, eyni oyunları oynamır və onlardan qat-qat çox kitab oxuyur. Qızlar onun üçün daha çox «dostdular». Kevin, bunlara baxmayaraq, özünün intim sualları barədə ailəsinə və dostlarına heç nə bildirmir. Amma o, başa düşmək istəyir
7
. Onun bilməyə can atması ona psixoloji bir maneə kimi gəlir. Böyüyəndə arxeoloq olmağı planlaşdırır: biz bunu Freyd metaforası ilə Roma şəhəri kimi interpretasiya edirik və analitik metod isə saxa loquuntur
8
metodudur. Kevin başa düşür və razılaşır.
Uzananda, Kevin dərhal embrion pozasını alır: dediyinə görə «bu pozada, gecələr otağında özünü rahat hiss edir və çətinlik çəkmədən yuxuya gedir». Divanda, o soxulcan kimi hərəkət edir, qıvrılır və ya top kimi yumrulanır. Ayaqlarını bir-birinin üstündən aşırır, dizlərini tez-tez sürtüşdürür, əllərini baldırlarının arasında ovuşdurur. Bir əlinin içi ilə qollarını yüngülcə tumarlayır və ya ehmalca başını sığallayır. Hərdən divanda qarnı üstə uzanan vəziyyətdə, bədəninin bir hissəsi divandan kənara çıxır, işarə barmağı ilə yerdəki iran xalçasının naxışlarına toxunur.
Çox cəlbedici xoreoqrafik jestlərdən götürülmüş cazibədar sapqınlıq : cəzb edilən, cəzb edər ? Tam sakitliklə, Kevin öz bədəninə özünü ifadə etməyə imkan verir - əriməyə imkan verir desək daha doğru olardı – daha öncə sadaladığımız və Ferenzinin göstərdiyi kimi, bədən üzvləri ilə masturbasiya oyununa atılmaq üçün bu refleksiv « bəndin » qapılarını açır və burada « akt süurdan çıxır 9 ». Kevin demək olar, fiziki şəkildə bizə göstərir ki « kürütökmə sinir sisteminin əsas funksiyasına xidmət edir 10 ».
O öz bədəni mövzusuna toxunur və öz əllərinə sirli şəkildə baxır, sanki onların kimə aid olduğunu soruşur və haradan gəldiyini bilmək istəyir. Bu əllər doğurdan da onundurmu ? Hansı məqsədlərə bu əllər ona verilib ? Biz bu barədə ona qeyd edirik: o, diqqətini bir az da cəmləyir, sanki bizim ona « bunlar mənimlə danışır » cümləsini dediyimiz andan bunu yadında saxlayıb. O, etiraf edir ki, istedadlı idmançı olan qardaşı və atasından fərqli olaraq « idmana həvəsi çox azdır ». Ötürülmə baş verir : bir gün anası onu götürməyə gələndə, növbəti həftə yarışı olması səbəbindən vaxtın dəyişdiriməsini istəyir, o isə dərhal ütiraz edərək deyir: « müvsümün sonudur, əgər getməsəm heç nə olmaz ».
Bir müddət sonra, o iki yuxusu ilə gəlir : çimərlikdə gəzir, sakitçilikdir, sonra birdən ona təcavüz edirlər, iki makalı şəxs onu oğurlayır.O, bir maşında bağlıdır və girov olaraq onu bir evə aparırlar. Sonra heç nə. O, yuxunun « sonunun » olmamasına və özünün oyanmaması faktına » təəccüb etdiyini bildirir. Onun sərbəst assosiasiyaları əvvəlki seansların işini vurğulayır və orada o iki impuls arasında ziddiyət ifadə olunmuşdu : « biri istəyir, digəri imtina edir », bu mübarizədən kompromis hasil olur. O, kəskinliklə izah edir, « özünü bu iki adamda tanımaq » : xaric ilə üz-üzə gələndə səni tanımağa qoymayan maska, mövcud olan iki baş qəhrəmandan hansı ona təcavüz edəcək və onların üzərindən dumanların açılması 11 . O, əlavə edir : « mən istəyirəm, amma eyni zamanda mən bu yuxunun tam açılmasından qorxuram ». İkinci gecə : üzərkən o boğulduöunu deyir, baxmayaraq ki, «o, çox gözəl üzgüçüdür ». Bu zaman o əvvəlki yuxusundan fərqli olaraq, qorxu hiss etmədiyini deyir : burada biz « talassal reqressiya »dan başqa « yuxu və intra-uterus cütləşməsinin 12 » birləşməsi imkanı qənaətinə gələ bilərikmi » ? Bu nağıl kimi hekayədə, o, özünün canlı narahatlığı ilə atası və qardaşının idmandan gec gəlməsini bağlayır. O bu gecikməni hiss etdikdə « stres keçiriri ». Ata, onu « məyus etmək narahatlığı » barədə təkid etdikdə, həmişə onun bütün qayğılarının mərkəzindədir. Ata, şübhəsiz Kevin üçün əlçatmazdır : « bu onun üçündür » deyə özünün psixoanaliz seansları barədə o deyir. Freydin bizə xatırlatdığı « passiv müstəvi », « ataya münasibətdə qadın mövqeyi »nin cəza fantaziyasının mənasını necə başa düşməyəsən 13 ? Biz ona deyirik : bəs sənin anan ? « O güclüdür, demək olar məğlubedilməzidr ». « Menstruasiya və doğuş ağrılarını » xatırladaraq, Kevin əmin edir ki, qadınlar « kişilərə nisbətən daha çətin sınaqlardan keçməli olur və bu onları daha güclü edir ». Kişi zəifliyi ilə hərşeyəqadir ana arasında atılmış bu yetkin uşağı neynəməli ? « Atanın hipnozu öldürülmə dəhşətinə bərabərdir, ananın hipnozu isə ana tərəfindən atılma qorxusuna bərabərdir 14 ».
Bu dilemmadan necə çıxmalı ? « İddia olunan sevgi münasibətinin illüziya xarakterinin travmatik dərk edilməsi 15 »tərəfindən təklif olunan homoseksual obyekt seçimi kimi sadə problemdən daha çox, Kevin daha çox transgender reyesterinin təsirinə düşməzmi ? Bu mərhələdə analitikdə bir neçə fikirlər yaranır : ilk növbədə, Kevində olan ambivalentlik bizi heyrətə gətirir, kişi və qadın arasında olan tərəddüd biseksuallıq barədə tapmacaya aparaır.
Bu, Freyd özünün « Eqo və İd»əsərində izah etməsinə baxmayaraq, və « obyekt seçimi və sadə identifikasiyalar arasında münasibətləri müəyyən etməyi çox çətinləşdirir 16 ».
Biseksuallıq, hətda ana etiologiyası olan transseksuallıq – penisli ana – az şübhələr yaradır : « ana-uşaq çox mükafat simbiozu
17
» « balaca oğlanlada ekstremal qadınlıq » yaradırvə bəzən hətda doğuşdan əvvəl « valideynlərin öz uşaqlarında formalaşdırdığı ilkin təəssüratı
18
» xatırladır.Biz daha radikal şəkildə Kevinin anası tərəfindən cinsi « təyinatı » barədə öz fərziyyəmizi bildiririk : bu təyinat « bəzi mürəkkəb aktların və onların dildə ifadəsi və ətrafdakıların davranışında kifayət qədər davam etməsi
19
» kimi təzahür edir. Cinsiyyətdən öncə qazanılmış « amma özü tərəfindən təşkil edilmiş » bir cins, Elə bil, sanki ana özü süurlu şəkildə olmadan Kevini onun uşaq seksuallığını reaktivasiya edərək, « seksual »a daxil etmişdir. Bu cins « kişi-qadın fərqləndirilməsinə
20
» bağlıdır, deyə professor Laplanş dəqiqləşdirir.
Biz həmçinin onun yuxularının ortasında hərəkət etmə qabiliyyəti üzərində durmalıyıq, bu fərqləndirməni psixoanalizdə Realitätsprüfung və ya reallıq testi 21 adlandırırlar. Bu « balaca daxili səsi » necə başa düşək, « onların qəlbinin küncündə gizlənmiş normal insanın » və « onun qarşısından laqeyd bir müşahidəçi kimi xəstə kabusların 22 keçməsinə icazə verən şəxs » kimi?Onların yaranmasını etiraf etmək Kevini heç də mütləq olaraq psixoza aparan bir hal deyil : hər bir nevrotik, Freydə görə, « reallığın bir fraqmentinə münasibətdə eyni cür davranır 23 ». Analizinin ilkin mərhələsində, bu « kiçik səs » ötürülməni iflic edirdi : Kevin bundan bərk yapışırdı və sanki onun özü üzərində aparılan işə girmək istəmirdi. Terapiyanın başlanğıcında olan bir paradoks : Kevinin tərəfdaş kimi bərk yapışdığı analiz üçün bir maneə təşkil edirdi :« reallıq testi » sonradan « simptomların yaranmasında fantaziyaları düzgün dəyərləndirməmək və onları dəqiq reallıq olmadığını göstərmək 24 » riskini öz üzərinə götürürdü. Amma, Freydin senzura kimi, onu eqonun yüksək təsisatları sırasında təsnif etməsi, xüsusilə də bizi həddindən artıq əminliyə gətirən bu hal, bizi səhvləri unutmağa məcbur etməməlidir 25 .
Kevində özünü göstərən bu « reallıq testi » bəs nədir ? Məgər bunu « eqonun xarici periferiyası, eqo ilə ideal eqo arasında əlaqəni idarə edən 26 » yerinə qoymaq gərəkdirmi ? Xatırladaq ki, bu « kiçik səs » bizim yuxularda da peyda olur, və o qəribə şəkildə bizim tamlığımıza təhlükə yarandıqda vəziyyətə müdaxilə edir və bizi əmin edir ki, bu « sadəcə » yuxudur. Məgər bu, bizi superqo ilə əlaqəyə yönəldən mexanizm olmalı deyilmi ?
« Xüsusi özünü müşahidə kritik halı », necə ki, o cəza yuxuları, « bu kritik halın arzularını həyata keçirirlər 27 » ?Bu oxşarlıq şübhəsiz əbəs yerə deyil : oyaq vəziyyətdə, Kevin öz şüuraltı sisteminin imkanlarını yaxşı səfərbər edərək, təcavüz zamanı təhlükənin sıfıra bərabər olacağına əmin olur, amma o yatandan sonra, onun hallüsinasiyaları bu reqresiyanı dəstəkləmirmi, və ya qavrama sistemi daxili narahatlıqlara qərq olmurmu ? Lap əvvəldən, bizim işimiz « həzz prinsipinin dominantlığını 28 » ilə deyilmi ? Kevinin gecə kabuslarındakı « ağ 29 » - onun istəklərinin inanılmış reallığı – məgər bunlar onun kömək edərək qurbanı olduğu cəzanın qurbanı kimi « göstərmirmi » ?
Sonrakı seanslar Kevində özünü qəbul hissini inkişaf etdirdi və o, bunu bu cür ifadə edirdi : « hamı fərqlidir, hərə bir cürdür »…« mənim hiss etdiklərim dəhşətli bir şey deyil ». O yatmazdan əvvəl mətbəxin pəncərəsini bağlamağı « unudur »: gecə tutulmaları – psixi və fiziki - uşaq avto-erotizmindən yetkin genitaliyinə keçidin başlanğıcını müəyyən etmək mümkün olmadan yox olur.Demək olarmı ki, biz onun avtonomluğunu aradan qaldırmağa müvəffəq olduq və « analizin tək məqsədi olan 30 » onun « şəxsi istəyini inkişaf etdirməyə » kömək etdik ?Bu işdə, bundan sonrakı hissəni « yetkinlik yaşına çatmışın post-təhsilinə və uşağın tərbiyyəsində düzəlişələ etməyə » buraxmaq kimi imkanımız yoxdur, bu barədə Ziqmund Freyd 31 müəyyən ambivalentlik olmadan bəyan edirdi : gecə kabuslarının sonu və obsessiv təhlükəsizlik tədbirlərinin dayandırılması anaya yay tətilindən istifadə edərək oğlunun analizini dayandırmaq qərarı verməyə ürəkləndirir. Sonuncu seansda, biz tətildən sonra görüş üçün vaxt təyin etmək istədiyimizi bildirdik ki, « Kevini yarıyolda buraxmayaq 32 ». « Baxarıq », deyə anası cavab verdi. Bir müddətdir ki, o, Kevin seansdan çıxandan sonra susur deyə şikayət edirdi, « amma əvvəllər təzə başlayanda o, mənə hər şeyi danışırdı 33 ». Terapiyanı dayandrımaq barədə telefon mesajında, ana deyirdi : « Hər şey üçün təşəkkür edirəm. Kevin, ünsiyyət qura biləcəyi bir psixoterapevtin yanına gedəcək ». Ana əlbətdə ki, özü üçün danışırdı./.
3 yanvar 2016
Jan-Lük Vanniye
1 Yeri gəlmişkən bu addımın vacibliyi qeyd edilmişdir : J.-L. Vannier, « Anoreksiyalı yeniyetmənin Nahrungseinfuhr ata baş barmağı », Uşaq autizmi və psixozları, Fransa psixiatriyası, Cild. XXXXV, 4/14, sentyabr 2015, səh. 74-82. Bəzi klinik hallarda ətrafla terapevtik alyans axtarışı sualı yarana bilər. Lakin « mütləq tibbi sirrin » ab initio təsdiqi öhdəyə götürmənin və ötürülmənin möhkəm bir pilləsini təşkil edir. « Terapevtik alyans » adlandırdığımız müalicənin daha tez dayandırılmasın riskini istisna etmir, xüsusilə də yaxın ətrafı tərəfindən şüurlu şəkildə edildikdə, və ailə özünü səbəb kimi gördükdə.
2 Burda Jan Laplanşın fobiyalı insanlarda « məkanın strukturlaşdırılması » barədə şərhlərini xatırlatmaq yerinə düşərdi : « məkan qarşılaşacaq narahatlıq heyvanına rast gəlmək imkanlarına görə istiqamətlənmiş, qütblənmiş və strukturlanmışdır », Problématiques IV, L’inconscient et le ça, PUF, Coll. « Quadrige », 1998, p. 92.
3 « Qapı və pəncərələri bağlamaqla təhlükəsiz situasiyanın yaradılması, isti və qoruyan çarpayıda bürünmək », Sandor Ferenczi, Journal clinique, Petite Bibliothèque Payot, n° 983, 2014, p. 154. Mənim bir xanım gənc pasiyentlərimdən biri hər axşam çarpayısının ətrafına yumşaq oyuncaqlar düzərək sanki özünü gecə narahatlıqlarından qorumaq üçün sirli bir dairə yaradırdı.
4 Jean Laplanche et Jean-Bertrand Pontalis, Vocabulaire de la psychanalyse, PUF, Coll. « Quadrige Dicos Poche », 2014, p. 138.
5
« Heç bir halda, proses kənardan təklif edilən bir məqsədə tabe ola bilməzdi » bizə Jan Laplanş xatırladır, « Buts du processus analytique », in Après l’analyse, Revue Française de Psychanalyse, 4/1997, T. LXI, PUF, p. 1185.
6 Freydin sözləri ilədesək həyəcanı « saxlamaq ».
7 Onlar başa düşməzlər » Kevin deyir. « Mazoxizm, döyülmə istəyi üçün vacib bir mənbə, bəlkə də ən vacib mənbə müəllimlərin və valideynlərin yaxşı davranış maskasından doğan qəzəb ikiüzlülüyə etriaz ola bilər » : Sandor Ferenczi, Journal clinique, op.cit, p. 305.
8 Ziqmund Freyd, İsteriya barədə araşdırmalar (1893), Sivilizasiyalarda narahatlıq (1930).
9 « Bu dəhşətli narahatlığın səbəbi nədir ? » Ferenczi cavab verir: « fəaliyyət sahəsində qalan, bədən orqanları ilə düşünmədən oynamaq və ya onlara oynamağa icazə vermək (qaşınmaq, saqqalını tumarlamaq, barmaqlarını qatlamaq, ayaqlarını) ». Sandor Ferenczi, Journal clinique, op.cit. p. 79.
10 Ziqmund Freyd, Psixologiya oçerkləri, Entwurfeiner Psychologie, Erès, Coll. » Scripta », 2011, p. 23.
11 « Beləliklə, yuxu görən, yuxu arzularını ödəmək üçün bir-biri ilə əlaqəsiz iki şəxsi bir bədəndə birləşdirə bilməz ». Ziqmund Freyd, Yuxuyozmaları, L’interprétation du rêve, [Note ajoutée en 1919], Coll. « Quadrige », PUF, 2013, p. 636.
12 Sandor Ferenczi, Thalassa, Psychanalyse des origines de la vie sexuelle, Petite Bibliothèque Payot n° 112, 1992, p. 130. Voir aussi du même auteur : « Le développement du sens des réalités et ses stades », in L’enfant dans l’adulte, Petite Bibliothèque Payot, n° 596, 2013, pp. 42-69.
13 « Cəza fantaziyası ata ilə olan insestal bağlılıqdan irəli gəlir » : Sigmund Freud, « Un enfant est battu », Œuvres complètes, XV, 1916-1919, PUF, 2012, pp. 140-141.
14 Sandor Ferenczi, journal clinique, op. cit, p.74.
15 « Homoseksuallığın dərin səbəblərindən biri erotomaniyak bir strukturdan təşkil olunmuşdur ki, o da öz növbəsində məhəbbət obyektinin travmatik itirilməsindən sonra, « amentia » tipli istəyin icrası psixozu kimi formalaşır… » : Sandor Ferenczi, Journal clinique, op.cit, pp. 174-175. Qeyd edək ki, « amentia » sözünə biz Freydin reallıq testinə verdiyi tərifdə də rast gələcəyik.
16 Sigmund Freud, « Le moi et le ça », Œuvres complètes, XVI, 1921-1923, PUF, 2003, p. 277.
17 Robert J. Stoller, « Faits et hypothèses, un examen du concept freudien de bisexualité », in Bisexualité et différence des sexes, Nouvelle revue de psychanalyse, n°7, Printemps 1973, Gallimard, p.150.
18 Léon Kreisler, « L’enfant et l’adolescent de sexe ambigu ou l’envers du mythe », in Bisexualité et différence des sexes, op. cit., p.128.
19 Jean Laplanche, Sexual, La sexualité élargie au sens freudien, 2000-2006, PUF, Coll « Quadrige », 2007, pp. 167-170.
20 Jean Laplanche, Problématiques II, Castration et symbolisations, PUF, Coll « Quadrige », 2009, p. 33.
21 Amine Azar, L’épreuve de la réalité dans le discours intérieur, l’humour dans la cure, ‘Ashtaroût, Bulletin n° 2015 – 0602, juin 2015, Bibliothèque du Pinacle, Beyrouth, Liban.
22 Sigmund Freud, Abrégé de psychanalyse, PUF, 2010, p. 77.
23 Sigmund Freud, « Formulations sur deux principes du cours des événements psychiques », Résultats, idées, problèmes I, 1890-1920, Coll. « Bibliothèque de psychanalyse », PUF, 1984, p. 135.
24 Ibid, p.142.
25 Jan Laplanş bu riski belə izah edir : « Onun bir hissəsi – onun eqosu - prosesin tərəfdaşı kimi nəzərə alına bilər… bu heç də o demək deyil ki, biz pasiyentin müraciətində ifadə etdiyi məqsədlərini qəbul etməliyik… bizim borcumuz ehtiyat etməkdir… eqo nous avons le devoir de nous méfier…le moi…cahillik nümunəsidir. Onun avtonomiyası isə illuziyadır ». Jean Laplanche, « Buts du processus analytique », in Après l’analyse, Revue Française de Psychanalyse, 4/1997, T. LXI, PUF, p. 1183.
26 Amine Azar, op. cit. , p. 6.
27 Ziqmund Freyd, « Compléments à la doctrine du rêve », Œuvres complètes, XV, 1916-1920, PUF, 2012, p. 341.
28 Sigmund Freud, « Formulations sur deux principes en cours des événements psychiques », op. cit., p. 136.
29 Bax supra onun ifadəsi « sonra daha heç nə » və biz bir yuxunun nəqlində bu cür qaranlıq məqamın cinsi miqyasa necə xəyanət etdiyini bilirik.
30 Jean Laplanche, Problématiques V, Le baquet, Transcendance du transfert, PUF, Coll. « Quadrige », 1998, p. 172.
31 Die Nacherziehung. Sigmund Freud, La technique analytique, PUF, Coll. « Quadrige », 2013, pp. 23, 147 et 151. Freydin ambivalentilik və ya ehtiyyat dediyi, əsərlərində bu konseptin pedaqogikaya aid olduğunu vurğulayır, və psixxoanalizin hər hansı bir ətrbiyyəvi əhəmiyyətinin olmadığını deyir. Bax həmçinin, Amine Azar, Sur la part d’éducation qui revient à la cure-type, ‘Ashtaroût, Bulletin n° 2011-0820, août 2011, Bibliothèque du Pinacle, Beyrouth, Liban.
32 Bu analitik texniki sual müzakirə mövzusu ola bilər. Xeyli ay terapiyadan sonra, yay tətili birinci uzunmüddətli dayanma oldu, və terapevtik irəliləyişlərə baxmayaraq, analiz olunanın narsistik rahatlığını təmin etmək üçün tətildən sonrakı növbəti seansın təyin olunması çox vacib idi. Spontan olaraq, Kevin sentyabr ayının birinci həftəsini təklif etdi, anası isə ayın sonunu seşdi. Ite missa est.
33 Bir epizod ananın bu müqavimətini öncədən bildirmişdi : ana bir gün zəng edərək, guya Kevinin senaslara gəlməkdən imtina etdiyini bildirdi. Biz görüşün vaxtını ləğv etmədik. Kevin həmin görüşə gülərüzlə gəldi və aparılan iş çox məhsuldar oldu.
Biblioqrafiya
Azar, A. (2011), Sur la part d’éducation qui revient à la cure-type, ‘Ashtaroût, Bulletin n° 2011-0820, août 2011, Bibliothèque du Pinacle, Beyrouth, Liban.
Azar, A. (2015), "L’épreuve de la réalité dans le discours intérieur", l’humour dans la cure, ‘Ashtaroût, Bulletin n° 2015 – 0602, Bibliothèque du Pinacle, Beyrouth, Liban.
Ferenczi, S. (1924), "Thalassa, Psychanalyse des origines de la vie sexuelle", Petite Bibliothèque Payot, n° 112, 1992.
Ferenczi, S. (1932), "Journal clinique", Petite Bibliothèque Payot, n° 983, 2014.
Freud, S. (1893),« Etudes sur l’hystérie »,Œuvres complètes, II, 1893-1895, PUF, 2015.
Freud, S. (1895), "Esquisse d’une psychologie, Entwurf einer Psychologie", Erès, Coll. »Scripta », 2011.
Freud, S. (1900), "L’interprétation du rêve", PUF, Coll. « Quadrige », 2013.
Freud, S. (1911), « Formulations sur deux principes du cours des événements psychiques », Résultats, idées, problèmes I, 1890-1920, PUF, Coll. « Bibliothèque de psychanalyse », 1984.
Freud, S. (1919), « Un enfant est battu », Œuvres complètes, XV, 1916-1919, PUF, 2012.
Freud, S. (1923), « Le moi et le ça », Œuvres complètes, XVI, 1921-1923, PUF, 2003.
Freud, S. (1937), "Abrégé de psychanalyse", PUF, 2010.
Freud, S. "La technique analytique", PUF, Coll. « Quadrige », 2013, Préface de Christophe Dejours.
Kreisler, L. (1973), « L’enfant et l’adolescent de sexe ambigu ou l’envers du mythe », in Bisexualité et différence des sexes, Nouvelle revue de psychanalyse, n°7, Printemps 1973, Gallimard.
Laplanche, J ; Pontalis, J.-B. (1967), "Vocabulaire de la psychanalyse", PUF, Coll. « Quadrige Dicos Poche », 2014.
Laplanche, J. (1980), "Problématiques II, Castration et symbolisations", PUF, Coll. « Quadrige », 2009.
Laplanche, J. (1981), "Problématiques IV, L’inconscient et le ça", PUF, Coll. « Quadrige », 1998.
Laplanche, J. (1987), "Problématiques V, Le baquet, Transcendance du transfert", PUF, Coll. « Quadrige », 1998.
Laplanche, J. (1997), « Buts du processus analytique », in Après l’analyse, Revue Française de Psychanalyse, 4/1997, T. LXI, PUF.
Laplanche, J. (2007), "Sexual, La sexualité élargie au sens freudien", 2000-2006, PUF, Coll. « Quadrige ».
Stoller, R. J. (1973), « Faits et hypothèses, un examen du concept freudien de bisexualité », in Bisexualité et différence des sexes, Nouvelle revue de psychanalyse, n°7, Printemps 1973, Gallimard.
Vannier, J.-L. (2015), « Le pouce paternel Nahrungseinfuhr d’une adolescente anorexique », Autisme et psychoses infantiles, Psychiatrie française, Vol. XXXXV, 4/14.
Important: TherapyRoute does not provide medical advice. All content is for informational purposes and cannot replace consulting a healthcare professional. If you face an emergency, please contact a local emergency service. For immediate emotional support, consider contacting a local helpline.
Creating Space for Growth: How Boundaries Strengthen Relationships
Setting healthy boundaries fosters respect, protects emotional well-being, and strengthens relationships by defining personal limits and maintaining self-care.
International Mutual Recognition Agreements for Mental Health Professionals
Mutual recognition agreements for mental health professions are rare and uneven, with major gaps in counselling, social work, and allied therapies. Read on to understand ...
Jumping to Conclusions
Jumping to conclusions is a thinking habit where we assume the worst or make judgments without enough evidence. By recognising this pattern, therapy can help you slow dow...
Case Conceptualisation
Case conceptualisation is how a therapist thoughtfully pulls together your concerns, experiences, and strengths into a clear understanding of what’s going on. This shared...
Guided Discovery
Guided discovery invites clients to arrive at their own insights through collaborative questioning and reflection. Instead of being told what to think, individuals learn ...
About The Author
“Psychoanalyst, Clinician & Professor at the Côte d'Azur University, Edhec and Ipag Business School, Nice, French Riviera and Paris. Also Therapy online.”
Jean-Luc Vannier is a qualified Psychoanalyst, based in , Villefranche-sur-mer, France. With a commitment to mental health, Jean-Luc provides services in , including Clinical Supervision, Psychoanalysis and Online Therapy. Jean-Luc has expertise in .



